Bakıda Azərbaycan-Əfqanıstan investisiya forumu keçirilə bilər

Bakıda Azərbaycan-Əfqanıstan investisiya forumu keçirilə bilər “Bakıda Əfqanıstan məhsullarının sərgisinin yüksək səviyyədə təşkil edilməsinə görə minnətdarıq”.
Biznes
11 Oktyabr , 2019 11:48
Bakıda Azərbaycan-Əfqanıstan investisiya forumu keçirilə bilər

“Bakıda Əfqanıstan məhsullarının sərgisinin yüksək səviyyədə təşkil edilməsinə görə minnətdarıq”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əfqanıstanın sənaye və ticarət naziri Ajmak Əhmədi deyib.

Onun sözlərinə görə, bu sərgi iki ölkənin əlaqələrinin inkişafına təkan verəcək: “Biz artıq təkcə ticarət sahəsində deyil, nəqliyyat-tranzit sahəsində də əlaqələri inkişaf etdirmək niyyətindəyik. Azərbaycan artıq nəqliyyat-tranzit mərkəzə çevrilib, biz bundan istifadə etmək istəyirik”.

Bundan başqa, əfqan nazir deyib ki, Bakıda Azərbaycan-Əfqanıstan investisiya forumu keçirilə bilər və bu istiqamətdə müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi