Yuxarı

​Bakıda Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçirilib

İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 566 mln. dollara çatıb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının V iclası keçirilib.

“Report”un verdiyi məlumata görə, iclası giriş sözü ilə açan Azərbaycanın iqtisadiyyat və sənaye naziri, komissiyanın həmsədri Şahin Mustafayev ölkələr arasındakı münasibətlərin çox uğurlu olduğunu bildirib və bunun bariz nümunəsi kimi Azərbaycan prezidentinin qonaqları qəbul etməsini göstərib: "Biziim gələcək əlaqələrimizin genişlənməsi üçün potensial var. Xususən də ticarət, investisiya və alternativ enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları genişdir. Hesab edirəm ki, bu görüşdə imzalanacaq yekun protokol ölkələrimiz arasında uğurlu inkişafa təkan verəcək".

BƏƏ nümayəndə heyətinin rəhbəri, BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl-Mənsuri isə komissiyanın bu vaxta qədər səmərəli işlədiyini deyib: "BƏƏ Azərbaycanla əlaqələrə çox böyük önəm verir. Ölkələrimiz arasındakı ticarət dövriyyəsi təkcə 2013-cü ildə 565,9 mln. dollar civarında olub. Azərbaycana çox genişçeşidli məhsulların gətirilməsində maraqlıyıq. Hesab edirəm ki, bizim əməkdaşlığımızda Dubay Sənaye və Ticarət Palatasının rolu böyük olub".

Qeyd edək ki, daha sonra komissaya işini KİV üçün bağlı şəraitdə davam etdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi