Bakıda avtomatlaşdırılmış gömrük tranzit sistemi ilə bağlı müzakirələr aparılır

Bakıda avtomatlaşdırılmış gömrük tranzit sistemi ilə bağlı müzakirələr aparılır Asiya İnkişaf Bankının mütəxəssislərinin Azərbaycana səfəri aprelin 3-dək davam edəcək
Biznes
31 Mart , 2017 17:08
Bakıda avtomatlaşdırılmış gömrük tranzit sistemi ilə bağlı müzakirələr aparılır
Report.az

Bakı. 31 mart. REPORT.AZ/ Asiya İnkişaf Bankının (ADB) risklərin idarə olunması və gömrük-məlumat mübadiləsi üzrə mütəxəssisləri Bakıda səfərdədir. Dünən başlayan səfər Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində Bank tərəfindən təşkil olunub. Bu barədə “Report”a DGK-dan məlumat evrilib.

Məlumata görə, məqsəd "Avtomatlaşdırılmış gömrük tranzit sistemi" pilot layihəsində Azərbaycan, Gürcüstan və Qazaxıstanın iştirakı ilə bağlı müzakirələr aparmaqdır.

Ekspert qrupuna daxil olan mütəxəssislər - Nayjel Mur və Vibon Çaojirapant artıq səfərin ilk günü DGK-də görüşlər keçiriblər. Komitənin Fəaliyyətin qiymətləndirilməsi və inkişaf proqramları Baş İdarəsi, Gömrük nəzarətinin təşkili Baş İdarəsi və Xarici əlaqələr İdarəsində təşkil olunan görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

ADB-nin ekspertləri DGK-da "Hədəf" Mərkəzinə də baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar.

Qeyd edək ki, "Avtomatlaşdırılmış gömrük tranzit sistemi" pilot layihəsi CAREC ölkələrində hərtərəfli regional tranzit zəmanət sxemi qismində malların hərəkətini asanlaşdırmaq məqsədi daşıyır.

ADB-nin missiyasının Azərbaycana səfəri aprelin 3-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi