Yuxarı
    Bağlamaq

    Bakı və Sumqayıtda saxta məktəbli forması satan mağazalar aşkarlanıb

    Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb

    Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakı və Sumqayıt şəhərlərində keyfiyyətsiz, üzərində başqasının əmtəə nişanı vurulmuş məktəbli formaları satan mağazalar aşkar edilib. "Report"un verdiyi xəbərə görə, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Sumqayıt şəhəri, H.Əliyev prospekti,40-cı məhəllədə yerləşən “Pompey” və Nizami Gəncəvi küçəsində yerləşən “Karvan” Ticarət Mərkəzlərində, həmçinin Bakı şəhəri, Nizami rayonu, 8-ci km qəsəbəsində yerləşən ticarət mərkəzi və ətrafında, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində “Ucuzluq” mağazasında, Qaradağ rayonunda yerləşən iri ticarət mərkəzlərində yerləşən mağazalarda dövlət nəzarəti həyata keçirilib.

    Araşdırma zamanı adı çəkilən mağazalarda istehsalçısı məlum olmayan, insan sağlamlığı üçün təhlükəli sayıla bilən xammaldan hazırlanmış, mövcud normativ sənədlərə, standartlara cavab verməyən və “Bakı Tikiş Evi” ASC-nin adına qeydiyyata alınmış BTE əmtəə nişanından qanunsuz istifadə edilmiş saxta məktəbli formalarının satıldığı müəyyən olunub.

    Aşkar olunmuş nöqsanlarla bağlı mağaza sahiblərinə xəbərdarlıq edilib, saxta məktəbli formalarının satışdan çıxarılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Hazırda qanunvericiliyə uyğun olaraq digər zəruri tədbirlər davam etdirilir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi