Bakı Tikiş Evinin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı Tikiş Evinin rəhbərliyi yenidən formalaşdırılacaq Fabrikin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
16 May , 2017 10:30
Bakı Tikiş Evinin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 16 may. REPORT.AZ/ İyunun 29-da, saat 11:00-da “Bаkı Tikiş Evi” АSC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” Cəmiyyətin Müşahidə Şurasına istinadən xəbər verir ki, yığıncaq Bakı şəhəri, Mərdanov qardaşları küçəsi,113 ünvanında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki fəaliyyəti ilə bağlı hesabatların təsdiq olunması, onun idarəetmə orqanlarının seçilməsi məsələləri daxildir.

Xatırladaq ki, “Bаkı Tikiş Evi” АSC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 347 242 manatdır. Fabrik əsasən məktəblilər və hərbçilər üçün geyimlərin tikilməsi üzrə ixtisaslaşıb. 

Son xəbərlər

Orphus sistemi