“Bakı Tikinti - Quraşdırma” səhmdarlarına hesabat verəcək

“Bakı Tikinti - Quraşdırma” səhmdarlarına hesabat verəcək Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
17 May , 2017 17:28
“Bakı Tikinti - Quraşdırma” səhmdarlarına hesabat verəcək

Bakı. 17 may. REPORT.AZ/ Bu il iyunun 30-da, saat 12:00-da “Bakı Tikinti - Quraşdırma” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Bildirilib ki, yığıncaq ASC-nin yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Köndələn küçəsi, 1 ünvanında olacaq. Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ildəki maliyyə-təsərrüfat fəaliyyətinin təhlil edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Bakı Tikinti - Quraşdırma” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 37 864 manatdır. 

Son xəbərlər

Orphus sistemi