Bakı Telefon Rabitəsi İstehsalat Birliyi açıq müsabiqə keçirir

Bakı Telefon Rabitəsi İstehsalat Birliyi açıq müsabiqə keçirir Müsabiqədə iştirak haqqı 1 000 manat təşkil edir
Biznes
13 Yanvar , 2017 09:47
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi açıq müsabiqə keçirir

Bakı. 13 yanvar. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi açıq müsabiqə keçirir. "Report"un "Respublika" qəzetinə istinadən verdiyi xəbərə görə, bir lot üzrə keçirilən tender maliyyə hesabatlarının auditi xidmətlərinin alınmasını nəzərdə tutur.

Müsabiqədə iştirak haqqı 1 000 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) fevralın 21-dək, tender təklifi və bank təminatını isə fevralın 27-dək Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi,48 ünvanına təqdim etməlidirlər.

İddiaçıların təklifləri martın 3-də açılacaq.

Son xəbərlər

Orphus sistemi