“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Şəfəq” gəmisini təmir etmək üçün tərəfdaş axtarır

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Şəfəq” gəmisini təmir etmək üçün tərəfdaş axtarır Tenderdə iştirak etmək istəyənlər 250 manat iştirak haqqı ödəməlidirlər
Biznes
8 Oktyabr , 2017 05:00
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” “Şəfəq” gəmisini təmir etmək üçün tərəfdaş axtarır

Bakı. 8 oktyabr. REPORT.AZ/ “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC “Şəfəq” gəmisinin əsaslı təmiri üçün açıq tender elan edir.

“Report” xəbər verir ki, sorğuda iştirak edəcək fiziki və hüquqi şəxslərə qarşı əsas 3 tələb irəli sürülüb.

Tələblər təmir işlərinin cədvələ uyğun aparılmasını təmin etməkdən, görüləcək təmir işlərinin keyfiyyətinə zəmanət verməkdən və təmir işlərinin bitməsi ilə əlaqədar tələb olunan sənədləşmə işlərinin aparılmasından ibarətdir.

İşlərin yerinə yetirilməsi müddəti 90 gündür. Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Tenderdə iştirak etmək istəyənlər 250 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 72 ünvanından ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Bundan əlavə iddiaçılar tender təklifi qiymətinin 2 faizi həcmində (təklifin təminatı) bank zəmanəti təqdim etməlidir.

İddiaçılar tender təklifi və bank zəmanəti istisna olmaqla iştirak etmək üçün yuxarıda göstərilən sənədləri 17 noyabr 2017-ci il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 23 noyabr 2017-ci il saat 17.00-dək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-yə təqdim etməlidirlər.

İddiaçıların təklif zərfləri 24 noyabr 2017-ci il saat 12.00-da yuxarıda qeyd olunan ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi