Yuxarı
    Bağlamaq

    ​"Bakcell" martdan beynəlxalq SMS tariflərini bahalaşdıracaq

    Hazırda hər iki tarifdə beynəlxalq zənglərin qiyməti 7 qəpik (0,07 manat) müəyyən edilib

    Bakı. 20 fevral. REPORT.AZ/ Martın 1-dən etibarən "Bakcell" MMC-nin "Cin" və "Klass" tarifində beynəlxalq SMS-lərin qiyməti 42,86% bahalaşacaq. "Report" xəbər verir ki, bu barədə şirkətin yaydığı elanda qeyd edilir.

    Məlumata görə, qeyd edilən tarixdən etibarən "Cin" və "Klass" tarifində beynəlxalq SMS-lərin qiyməti 10 qəpik (0,10 manat) təşkil edəcək.

    Xatırladaq ki, hazırda hər iki tarifdə beynəlxalq zənglərin qiyməti 7 qəpik (0,07 manat) müəyyən edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi