​"Bakcell" martdan beynəlxalq SMS tariflərini bahalaşdıracaq

​"Bakcell" martdan beynəlxalq SMS tariflərini bahalaşdıracaq Hazırda hər iki tarifdə beynəlxalq zənglərin qiyməti 7 qəpik (0,07 manat) müəyyən edilib
Biznes
20 Fevral , 2016 10:59
​Bakcell martdan beynəlxalq SMS tariflərini bahalaşdıracaq

Bakı. 20 fevral. REPORT.AZ/ Martın 1-dən etibarən "Bakcell" MMC-nin "Cin" və "Klass" tarifində beynəlxalq SMS-lərin qiyməti 42,86% bahalaşacaq. "Report" xəbər verir ki, bu barədə şirkətin yaydığı elanda qeyd edilir.

Məlumata görə, qeyd edilən tarixdən etibarən "Cin" və "Klass" tarifində beynəlxalq SMS-lərin qiyməti 10 qəpik (0,10 manat) təşkil edəcək.

Xatırladaq ki, hazırda hər iki tarifdə beynəlxalq zənglərin qiyməti 7 qəpik (0,07 manat) müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi