"Azpromo"nun rəhbəri yenidən WAIPA-nın vitse-prezidenti seçilib

"Azpromo"nun rəhbəri yenidən WAIPA-nın vitse-prezidenti seçilib Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 27-28-də Dubayda (BƏƏ) İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclası və XXII Dünya İnvestisiya Konfransı keçirilib.
Biznes
28 Noyabr , 2017 16:02
Azpromonun rəhbəri yenidən WAIPA-nın vitse-prezidenti seçilib
Report

Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 27-28-də Dubayda (BƏƏ) İnvestisiyaların Təşviqi Agentlikləri Dünya Assosiasiyasının (WAIPA) Baş Assambleyasının iclası və XXII Dünya İnvestisiya Konfransı keçirilib.

Bu barədə “Report”a Azərbaycan İqtisadiyyat Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

WAIPA-nın Konfransında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Rüfət Məmmədov növbəti (3-cü) dəfə WAIPA-nın vitse-prezidenti seçilib.

Qeyd edək ki, WAIPA 1995-ci ildə Cenevrədə yaradılıb və 130 ölkədən 170 üzvü var. WAIPA-nın başlıca məqsədi investisiyaların təşviqi üzrə agentliklər arasında əməkdaşlığın genişləndirilməsi, investisiyaların cəlb edilməsi sahəsində informasiya mübadiləsi və üzv təşkilatlara investisiyalar üzrə strategiyanın formalaşmasında dəstək göstərilməsidir.

Son xəbərlər

Orphus sistemi