Azərbaycanda martda 6 minə yaxın vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Azərbaycanda martda 6 minə yaxın vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb Hesabat ayında 201 vergi ödəyicisi tərəfindən 277 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi aşkarlanıb
Biznes
4 Aprel , 2015 11:41
Azərbaycanda martda 6 minə yaxın vergi qanunvericiliyinin pozulması faktı aşkarlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Bu ilin mart ayında Azərbaycanda vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 5 936 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

"Report"un Vergilər Nazirliyinə istinadən verdiyi xəbərə görə, 849 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 181 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 684 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

Hesabat ayında 201 vergi ödəyicisi tərəfindən 277 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 33 752 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 65 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Son xəbərlər

Orphus sistemi