"Azexport" ötən ay 42 milyon ABŞ dolları məbləğində sifariş alıb

"Azexport" ötən ay 42 milyon ABŞ dolları məbləğində sifariş alıb Bu ilin yanvar ayında Azexport portalına 42,1 milyon ABŞ dolları məbləğində sifariş daxil olub.
Biznes
28 Fevral , 2020 17:03
Azexport ötən ay 42 milyon ABŞ dolları məbləğində sifariş alıb

Bu ilin yanvar ayında "Azexport" portalına 42,1 milyon ABŞ dolları məbləğində sifariş daxil olub.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”nda bildirilir.

Ay ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (15,3%), Səudiyyə Ərəbistanı (9%), Türkiyə (8,1%), Hindistan (7,2%) və Fransa (7,2%) qərarlaşıb. Ən çox sifariş pambıq, yumurta, pomidor, xiyar, yerkökü, kartof, tütün, şərab, çay, qənnadı məhsulu, kosmetik vasitə, gübrə, xurma, fındıq, mebel dəsti, tikinti materialı, nar şirəsi və s. mallara daxil olub.

Xatırladaq ki, portalın istifadəyə verildiyi 2017-ci ilin yanvar ayından 2020-ci ilin fevral ayına qədər (37 ay ərzində) "Azexport"a dünyanın 141 ölkəsindən 1 626,9 milyon ABŞ dolları dəyərində sifariş daxil olub. 

Son xəbərlər

Orphus sistemi