"Azexport" Aran bölgəsinin sahibkarlarına təqdim edilib

"Azexport" Aran bölgəsinin sahibkarlarına təqdim edilib İmişli rayon Gənclər Mərkəzində keçirilən tədbirə 200 sahibkar qatılıb
Biznes
18 Mart , 2017 16:39
Azexport Aran bölgəsinin sahibkarlarına təqdim edilib

Bakı. 18 mart. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) "Azexport" portalı İmişlidə Aran bölgəsinin sahibkarlarına təqdim edilib. 

Bu barədə “Report”a İİTKM-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, İmişli rayon Gənclər Mərkəzində keçirilən tədbirə Şirvan, Beyləqan, Biləsuvar, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyandan 200 iş adamı qatılıb. 

Mərkəzin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, "Azexport" komandasının region sahibkarları ilə keçirilən görüşləri bəhrəsini verir: “Sahibkarlar arasında fəallıq və portalla əməkdaşlıq təşşəbbüsləri getdikcə artır. Çünki "Azexport" portalı sahibkarlara sertifikatlaşdırma, nəqliyyat, logistika, bazarlara çıxış, ödəmə imkanları yaradır. Bundan sonra isə Prezident İlham Əliyevin fərmanı əsasında yaradılan Rəqəmsal Ticarət Qovşağı (RTQ) bu istiqamətdə olan işləri daha da sürətləndirəcək. İxracda vahid pəncərə sistemi ilə sahibkarlar daha az resurs sərf etməklə ixrac prosedurlarını daha sürətlə həyata keçirəcəklər”.

Onun sözlərinə görə, RTQ yerli sahibkarlara elektron müqavilələrdən istifadə etməklə dünyanın istənilən nöqtəsi ilə əlaqə yaratmaq imkanı verəcək, habelə elektron pul kisəsi köçürmələr üçün əlverişli imkan yaradacaq.

Azexport.az saytının rəhbəri Zaur Qardaşov portaldan istifadə qaydalarını izah edib. Sahibkarlara bununla bağlı yazılı broşür, video təlimat və elektron təlimat təqdim olunub. Görüşdə "Azexport" portalı üzərindən sifariş alan bir neçə sahibkar da çıxış edib.

Qeyd edək ki, bu, artıq iqtisadi rayonlarda keçirilən 7-ci görüşdür. İndiyə qədər portalın Şəki, Şamaxı, Gəncə, Yevlax, Lənkəran və Xaçmazda sahibkarlarla görüşü baş tutub. Sahibkarların tam məlumatlılığını təmin etmək, onların problemlərini dinləyib müzakirə etmək üçün "Azexport" komandası indiyə qədər Bakıda və bölgələrdə minlərlə sahibkarla görüş keçirib. Portalın növbəti görüşü Ağdam rayonunun Quzanlı qəsəbəsində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi