"Azərsu" boruların alınması üçün tender keçirir

"Azərsu" boruların alınması üçün tender keçirir İştirakçılar tender təkliflərini fevralın 13-dək təqdim etməlidir
Biznes
10 Fevral , 2017 09:34
Azərsu boruların alınması üçün tender keçirir

Bakı. 10 fevral. REPORT.AZ/ “Azərsu” ASC Zərdab rayonu ərazisində əkilməsi nəzərdə tutulan yeni torpaq sahələrinin və Padar Çöl qışlaq sahəsinin suvarma suyu ilə təmin edilməsi məqsədilə yenidənqurma-tikinti işlərinin aparılması üçün S235JR markalı DN 1422x9 mm-lik polad borularının satın alınması üzrə təkliflər sorğusu elan edib.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

İştirakçılar tender təkliflərini fevralın 13-ü saat 12:00-dan gec olmamaq şərti ilə “Azərsu”ya (Bakı şəhəri, Moskva prospekti, 67, Satınalmaların təşkili və idarə olunması Departamenti) təqdim etməlidirlər.

İddiaçıların təklifləri fevralın 13-ü saat 15:00-da yuxarıda qeyd edilən ünvanda açılacaq.

Son xəbərlər

Orphus sistemi