“Azərişığ”ın keçirdiyi tenderin qalibi məlum olub

“Azərişığ”ın keçirdiyi tenderin qalibi məlum olub “Retro Holding” MMC qalib elan olunub
Biznes
31 Avqust , 2017 19:47
“Azərişığ”ın keçirdiyi tenderin qalibi məlum olub

Bakı. 31 avqust. REPORT.AZ/ “Azərişiq” ASC tərəfindən bu il avqustun 7-də təsərrüfat mallarının satınalınması üzrə kotirovka sorğusu üsulu ilə keçirilmiş tender müsabiqəsində “Retro Holding” MMC qalib elan olunub. 

Bu barədə “Report”a “Azərişığ”ın Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, qalib gəlmiş təşkilatla ƏDV daxil 42 528,26 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

Son xəbərlər

Orphus sistemi