Yuxarı
    Bağlamaq

    ​"Azercell"in iki sosial layihəsi mükafata layiq görülüb

    “Mədəniyyət” nominasiyası üzrə Azercellin Uşaq Paralimpiya Komitəsinə dəstəyi isə xüsusi diqqətə layiq görülüb

    Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telecom" MMC Amerika Ticarət Palatasının Azərbaycandakı nümayəndəliyi (AmCham) tərəfindən növbəti dəfə mükafata layiq görülüb. Bu barədə "Report"a "Azercell"in mətbuat xidmətindən məlumat verilib.

    "Azercell" şirkətinin Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində həyata keçirdiyi iki təşəbbüs AmCham-ın Seçim Komitəsi tərəfindən daha çox səs toplayaraq qiymətləndirilib.

    Müsabiqəyə təqdim olunan KSM layihələri arasında Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin fəaliyyəti “İqtisadi güc” nominasiyası üzrə ikinci yeri tutub. “Mədəniyyət” nominasiyası üzrə "Azercell Telecom"un Uşaq Paralimpiya Komitəsinə dəstəyi isə xüsusi diqqətə layiq görülüb.

    "Azercell"in nəzdində yaradılan və artıq bir çox uğurlara imza atan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi istedadlı gənclərin üzə çıxarılması və onların təşəbbüslərinin dəstəklənməsi, Azərbaycanda texnoloji innovasiyaların artması istiqamətində xeyli iş görüb. İndiyədək Barama Mərkəzində onlarla layihə reallaşdırılıb, bəzi gənclər isə artıq öz bizneslərini qurublar", - məlumatda bildirilir.

    Məlumata görə, "Azercell" Azərbaycanda fəaliyyət göstərdiyi 18 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışıb. "Azercell"in həyata keçirdiyi növbəti layihə Paralimpiya komitəsində məşğul olan uşaqların cəmiyyətə inteqrasiyası, yeni qələbələrə həvəslənməsi üçün böyük stimuldur.

    Qeyd edək ki, 60-dan çox təşkilatı öz ətrafında birləşdirən AmCham Azərbaycanda KSM-lə bağlı ən yaxşı təşəbbüsləri üzə çıxararaq bu cür fəaliyyətlərin stimullaşdırılması məqsədilə bu qiymətləndirməni həyata keçirir. Ötən il də "Azercell" şirkəti sosial fəaliyyətinə görə həmin təşkilatın mükafatına layiq görülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi