Yuxarı
    Bağlamaq

    Azərbaycanlı iş adamları "Trade Expo Jakarta-2016" sərgisinə qatılacaq

    İş adamları iki ölkə arasında ticarət əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə edəcəklər

    Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycanlı iş adamları oktyabrın 12-16-da İndoneziyanın paytaxtı Cakartada keçiriləcək "Trade Expo Jakarta-2016" sərgisində iştirak edəcəklər.

    İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, iş adamlarını İndoneziyanın ölkəmizdəki səfiri Husnan Bey Fanani müşayiət edəcək.

    Sərgidə azərbaycanlı iş adamları indoneziyalı həmkarları ilə görüşlər keçirəcək, iki ölkə arasında ticarət əməkdaşlığının genişləndirilməsi imkanları ilə bağlı müzakirə aparacaqlar.

    Xatırladaq ki, daha əvvəl İndoneziya səfiri dəfələrlə iki ölkə arasında ticarət əlaqələrinin inkişafında maraqlı olduğunu bəyan edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi