Azərbaycanlı iş adamları İndoneziyanın Cirebon şəhərinin biznes imkanlarını dəyərləndiriblər

Azərbaycanlı iş adamları İndoneziyanın Cirebon şəhərinin biznes imkanlarını dəyərləndiriblər Biznesmenlər bir sıra müəssisələrdə olublar
Biznes
16 Oktyabr , 2016 19:56
Azərbaycanlı iş adamları İndoneziyanın Cirebon şəhərinin biznes imkanlarını dəyərləndiriblər

Bakı. 16 oktyabr. REPORT.AZ/ İndoneziyada səfərdə olan Azərbaycanın bir qrup iş adamı bu ölkənin Cirebon şəhərini ziyarət edib.

İndoneziyanın Azərbaycandakı səfirliyindən “Report”a verilən məlumata görə, səfər zamanı azərbaycanlı iş adamları Cirebon sultanı Arief Natadiningrat ilə görüşüblər və əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Bundan başqa nümayəndə heyəti Cirebonun mədəniyyəti ilə tanış olublar.

Daha sonar iş adamları Qərbi Yava hökumət və tikinti koordinasiya bürosunun direktoru Endcanq Naffandy (Endjang Naffandy) və digər biznesmenlərlə görüşüblər, onların məşğul olduğu sahələrlə tanış olublar.

Bundan sonra azərbaycanlı iş adamları Cokyakarta şəhərinə səfər edəcəklər.

Qeyd edək ki, azərbaycanlı iş adamları Trade Expo İndonesia-2016 ticarət sərgisində iştirak etmək və bu ölkənin biznes imkanlarını dəyərləndirmək üçün İndoneziyaya yola düşüblər. Səfərdə onları İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani müşaiyət edir. 

Son xəbərlər

Orphus sistemi