​Azərbaycanla Argentina arasında texniki əməkdaşlıq sazişi imzalanıb

​Azərbaycanla Argentina arasında texniki əməkdaşlıq sazişi imzalanıb Sənədi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Argentinanın xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain mzalayıblar
Biznes
22 Sentyabr , 2015 18:53
​Azərbaycanla Argentina arasında texniki əməkdaşlıq sazişi imzalanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkədə səfərdə olan Argentina Respublikasının xarici işlər və etiqad nazirinin müavini Eduardo Zuain ilə görüşüb. 

İqtisadiyyat və Sənaye Nazirliyindən “Report”a verilən məlumata görə, görüşdə nazir Azərbaycan və Argentina arasında iqtisadi və ticarət əlaqələrini, mövcud əməkdaşlıq layihələrini qeyd edərək kənd təsərrüfatı, sənayenin əczaçılıq, neft-kimya sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

Görüşdə Ş.Mustafayev Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyi, Ermənistanın işğalçılıq siyasətinin regionun inkişafına başlıca maneə olduğu bir daha diqqətə çatdırılıb. Şahin Mustafayev bəzi Argentina şirkətlərinin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyətinin qarşısının alınması üçün Argentina hökuməti tərəfindən müvafiq tədbirlər görülməsinin vacibliyini vurğulayıb.

Argentinanın xarici işlər və etiqad nazirinin müavini E.Zuain Azərbaycana ilk səfərindən və ölkənin inkişafından məmnunluğunu ifadə edib, əlaqələrin ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdiyini bildirib. E.Zuain gələn il növbəti iclası keçiriləcək Azərbaycan-Argentina İşçi Qrupunun əlaqələrin inkişafında əhəmiyyətini və iclas çərçivəsində iş adamlarının görüşünün təşkilinin önəmini vurğulayıb. İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq imkanlarını qeyd edən nazir müavini əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda “Azərbaycan ilə Argentina arasında texniki əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sənədi Ş.Mustafayev və E.Zuain imzalayıblar.

Son xəbərlər

Orphus sistemi