Yuxarı

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

İlin ilk yarısında xarici ticarət dövriyyəsi 29% azalıb, idxal isə 14% artıb

Bakı. 16 iyul. REPORT.AZ/ Cari ilin birinci yarısında Azərbaycan 138 ölkə ilə 10 930,1 mln. ABŞ dolları həcmində ticarət əməliyyatları həyata keçirib. Nəticədə, xarici ticarət dövriyyəsinin həcmində ötən ilin eyni dövrü ilə müqayisədə 28,94% azalma qeydə alınıb.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə idxal əməliyyatlarının həcmi illik müqayisədə 13,64% artaraq 4 698,6 mln. dollar, ixrac 44,59% azalaraq 6 231,5 mln. dollar təşkil edib. Beləliklə də cari ilin birinci yarısında ticarət dövriyyəsinin müsbət saldosu ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 dəfə azalaraq 7 121,7 mln. dollardan 1 532,9 mln. dollara düşüb.

Bildirək ki, birinci yarımildə ölkədən 1 647 çeşiddə mal ixrac olunub, idxal çeşidi isə bundan 3,3 dəfə çox, 5 480 ədəd təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi