Yuxarı
    Bağlamaq

    Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 6 dəfə azalıb

    Ötən il xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 33% azalıb

    Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanın xarici ticarət dövriyyəsi illik müqayisədə 33,44% azalaraq 2015-c ildə 20 645,9 mln. ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, idxal əməliyyatlarının həcmi 0,36% artaraq 9 221,4 mln. dollar, ixrac isə 47,66% azalaraq 11 424,5 mln. dollar olub.

    Hesabat ilində xarici ticarət dövriyyəsinin müsbət saldosunda kəskin azalma qeydə alınıb. Xarici ticarət dövriyyəsinin müsbət saldosu 2014-cü illə müqayisədə 5,7 dəfə azalaraq 12,6 mlrd. dollardan 2,2 mlrd. dollara düşüb.

    Azərbaycanın 165 ölkə ilə ticarət etidiyi hesabat ilində ölkədən 2 477 çeşiddə mal ixrac olunub, ölkəyə idxal olunan mal çeşidi isə 6 231 ədəd təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi