Azərbaycanın xarici ticarət dövriyyəsində 2,6 mlrd. dollarlıq müsbət saldo yaranıb

Azərbaycanın xarici ticarət dövriyyəsində 2,6 mlrd. dollarlıq müsbət saldo yaranıb Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan bu ilin yanvar-aprel ayları ərzində 153 ölkə ilə 8 677 959,10 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.
Biznes
16 May , 2018 10:17
Azərbaycanın xarici ticarət dövriyyəsində 2,6 mlrd. dollarlıq müsbət saldo yaranıb
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycan bu ilin yanvar-aprel ayları ərzində 153 ölkə ilə 8 677 959,10 min ABŞ dolları dəyərində ticarət əməliyyatı həyata keçirib.

“Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

Hesabata əsasən, ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 55,1% çoxdur.

Ticarət əməliyyatlarının 3 026 051,23 min dollarını idxal əməliyyatları, 5 651 907,87 min dollarının (hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan xam neft və təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınmaqla) ixrac əməliyyatları əhatə edib. Son 1 ildə idxal 39,8%, ixrac isə 64,8% artıb.

Beləliklə, dörd aylıq ticarət dövriyyəsinin 2 625 856,64 min dollarlıq müsbət saldosu yaranıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Yanvar-aprel aylarında Azərbaycandan 1 936 çeşiddə mal ixrac olunub. Ölkəyə idxal olunan məhsul çeşidinin sayı isə 6 401 təşkil edib. 

Son xəbərlər

Orphus sistemi