Azərbaycanın xarici ticarət dövriyyəsi 10% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 10% artıb İlk yarımillikdə idxal azalıb, ixrac isə artıb
Biznes
10 İyul , 2017 12:44
Azərbaycanın xarici ticarət dövriyyəsi 10% artıb
Report

Bakı. 10 iyul.REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,76% artaraq 8 678,4 mln. ABŞ dollarına çatıb.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bu müddətdə idxal 15,72% azalaraq 3 409,7 mln. dollar, ixrac 36,45% artaraq 5 268,8 mln. dollar təşkil edib.

Beləliklə, cari ilin yanvar-iyun ayları ərzində xarici ticarət dövriyyəsində 1 859,1 mln. dollarlıq müsbət saldo yaranıb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə mənfi saldo 225,8 mln. dollar təşkil edib.

Hesabata əsasən, Azərbaycan cari ilin ilk 6 ayı ərzində 171 ölkə ilə ticarət əməliyyatı həyata keçirib. Bu müddətdə Azərbaycan 2 350 adda məhsul ixracı həyata keçirib, ölkəyə isə 6 776 adda məhsul idxal olunub.

Son xəbərlər

Orphus sistemi