Azərbaycanın xarici ticarət dövriyyəsi 57% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 57% artıb Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 16,525 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Biznes
10 Avqust , 2018 16:52
Azərbaycanın xarici ticarət dövriyyəsi 57% artıb

Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 16,525 mlrd. ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57% çoxdur.

Yeddi aylıq ticarət dövriyyəsinin 10,748 mlrd. dolları ixracın, 5,776 mlrd. dolları idxalın payına düşüb. Son 1 ildə ixrac 74,7%, idxal isə 32,2% artıb.

Beləliklə, xarici ticarətdə 4,972 mlrd. dollarlıq müsbət saldo yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,8 dəfə çoxdur. 

Son xəbərlər

Orphus sistemi