Azərbaycanın tanınmış şirkətinin rəhbərliyi yenidən formalaşdırılacaq

Azərbaycanın tanınmış şirkətinin rəhbərliyi yenidən formalaşdırılacaq Aprelin 24-də, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Biznes
18 Mart , 2019 09:54
Azərbaycanın tanınmış şirkətinin rəhbərliyi yenidən formalaşdırılacaq

Aprelin 24-də, saat 12:00-da “Xəzər-Lada” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq şirkətin Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi, 16-cı km ünvanında yerləşən akt zalında olacaq.

Yığıncağın gündəliyinə “Xəzər-Lada”nın illik hesabatının təsdiq edilməsi, səhmdarlara dividend ödənilməsi, işçilərim mükafatlandırılması, Müşahidə Şurasının, İdarə Heyətinin və Təftiş Komissiyasının yeni tərkibinin seçilməsi, kənar auditorun təsdiq olunması məsələləri daxildir.

Xatırladaq ki, "Xəzər-Lada" şirkəti 2014-cü ildə yaradılıb, Rusiyanın "Avto-VAZ" şirkətinin istehsal etdiyi avtomobillərin Azərbaycanda satışı ilə məşğuldur. Onun nizamnamə kapitalı 445,8 min manatdır. Şirkətin səhmlərinin 30%-i Aleksandr Nikiforova, 29,8%-i Lyudmila Nazarenkoya, 19,4%-i Fəxrəddin Qasımzadəyə ("Xəzər-Lada"nın hazırkı prezidenti), 12,2%-i Naməddin Qasımzadəyə, 8,6%-i 146 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi