Yuxarı

Azərbaycanın səhmdar cəmiyyətlərindən biri yenidən qurulur

Noyabrda AMA ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək

Bakı. 5 oktyabr. REPORT.AZ/ Noyabrın 10-da saat 11:00-da "AMA" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq müəssisənin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əhməd Cavad küçəsi,4 ünvanında yerləşən inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə ASC-nin adının dəyişdirilməsi, nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi, icra, nəzarət və təftiş orqanlarının geri çağırılması və səlahiyyətlərinə xitam verilməsi, yeni icra, nəzarət və təftiş orqanlarının seçilməsi, baş vermiş dəyişikliklərlə əlaqədar müvafiq sənədlərin qeydiyyat orqanına təqdim edilməsi məsələləri daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi