Yuxarı
    Bağlamaq

    Azərbaycanda pərakəndə ticarət dövriyyəsi I yarımillikdə 8% artıb

    Bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının 54%-i fərdi sahibkarlar tərəfindən satılıb

    Bakı. 13 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların ümumi dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 1,8% üstələyərək 16,2 mlrd. manata bərabər olub. Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

    Ticarət dövriyyəsinin 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1% və 2,5% üstələyib.

    Hesabat dövründə məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

    Məhsul qruplarının adları Satışdan gəlir, mln. manat 2016-cı ilin yanvar-iyun
    aylarına nisbətən, %
    Pərakəndə ticarət dövriyyəsi 16 182,9 101,8
    o cümlədən: ərzaq məhsulları 7 284,0 101,1
    içkilər və tütün məmulatları 816,1 100,4
    toxuculuq məhsulları, geyim və ayaqqabılar 2 923,7 103,0
    elektrik malları və mebellər 948,0 102,1
    kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 118,0 101,9
    əczaçılıq və tibbi mallar 219,2 101,7
    avtomobil yanacağı 781,7 99,7
    digər qeyri-ərzaq məhsulları 3 092,2 103,2

    Cari ilin birinci yarısında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45%-i ərzaq məhsulları, 5,1%-i içkilər və tütün məmulatları, 18,1%-i toxuculuq məhsulları, geyimlər və ayaqqabılar, 5,9%-i elektrik malları və mebel, 4,8%-i avtomobil yanacağı, 1,3%-i əczaçılıq və tibbi malları, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları, 19,1%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

    Bu ilin yanvar-iyun aylarında istehlak məhsullarının 11,4%-i ticarət müəssisələri, 54,0%-i fərdi sahibkarlar tərəfindən, 34,6%-i isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 4,2%, fərdi sahibkarlar üzrə 2,3%, bazar və yarmarkalar üzrə 0,2% artıb.

    Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 277,8 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 38,4 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 139 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 138,8 manatlıq qeyri-ərzaq məhsulları alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi