Azərbaycanın nəqliyyat müəssisəsinin rəhbərliyi yenidən formalaşdırılacaq

Azərbaycanın nəqliyyat müəssisəsinin rəhbərliyi yenidən formalaşdırılacaq Bakı. 3 yanvar. REPORT.AZ/ Fevralın 26-da, saat 11:00-da “Naftalan-Avtonəqliyyat ASC”-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Biznes
3 Yanvar , 2018 14:25
Azərbaycanın nəqliyyat müəssisəsinin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 3 yanvar. REPORT.AZ/ Fevralın 26-da, saat 11:00-da “Naftalan-Avtonəqliyyat ASC”-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq müəssisənin inzibati binasının yerləşdiyi Naftalan şəhəri, İmaddədin Nəsimi küçəsi, 10 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2017-ci il üçün illik hesabatının və maliyyə balansının təsdiq edilməsi, İdarə Heyəti (İH) üzvlərinin və sədrinin seçilməsi, İH-nin əmrlərinin müzakirə və təsdiq olunması, müəssisənin balansındakı nəqliyyat vasitələrinin silinməsi və təzə avtobuslarin alınması, bundan sonrakı fəaliyyət və digər məsələlər daxildir.

Xatırladaq ki, “Naftalan-Avtonəqliyyat” ASC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 128 006 manatdır.

Son xəbərlər

Orphus sistemi