Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxması ölkəyə investisiya cəlb etməkdə problem yaratmayıb - ƏLAVƏ OLUNUB

Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxması ölkəyə investisiya cəlb etməkdə problem yaratmayıb - ƏLAVƏ OLUNUB Sahib Babayev: "Beynəlxalq maliyyə institutları ilə razılıq əldə etdik"
Biznes
8 İyun , 2017 13:55
Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən çıxması ölkəyə investisiya cəlb etməkdə problem yaratmayıb - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 13:22-də verilib

Bakı. 8 iyun. REPORT.AZ/ "Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (EITI) çıxsa da, şəffaflıq prinsiplərindən geri çəkilmədiyini bəyan edib".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın EITI-dən kənarlaşması ölkəyə investisiya cəlbində problem yaratmayıb: "Bir çox layihələrlə bağlı beynəlxalq maliyyə institutları ilə danışıqlar aparılırdı və müxtəlif cəhdlər oldu ki, bu danışıqlar nəticə verməsin. Amma peşəkar yanaşmanın hesabına həmin institutlarla razılıq əldə etdik".

***

S.Babayev onu da bildirib ki, yeni yaradılmış Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiya vətəndaş cəmiyyətinin nümayəndələrinin qaldırdığı hər bir məsələni müzakirə etməyə hazırdır: "Mədən sənayesində şəffaflıq təşəbbüsü ilə bağlı bizim müzakirələrimiz olub. Azərbaycan bu təşəbbüsün əsas iştirakçılarından olub, əldə etdiyi uğurlara görə beynəlxalq dəyərləndirmə də alıb. Təəssüf ki, son dövrlər bu təşəbbüsdə öz məqsədlərindən kənara çıxaraq daha çox təzyiq alətinə çevrilmək istəkləri gördük. Azərbaycan ilk monitorinq olunan ölkə oldu. Müxtəlif qərarlar verildi. Əsas meyar mədən şəffaqlığıdırsa bu sahədə iradlar eşitmədik, iradlar başqa sahələrlə bağlı idi. Azərbaycana qarşı təzyiq istəkləri var idi. Ona görə də Azərbaycan bu təşəbbüsdən çıxdı. Lakin ölkəmiz şəffalıq prinsiplərindən geri çəkilmədiyini bildirdi və Hasilat Şənayesində Şəffaflıq üzrə Komissiya yaradıldı. Azərbaycan mədən sənayesində şəffalığın tam tərəfdarıdır, təşəbbüsdən çıxsa da, hesabatlarını açıqlayır. Mədən sənayesində şirkətlər öz fəaliyyətini şəffaf qurmağa hazırdır və bunu elan ediblər".

Son xəbərlər

Orphus sistemi