Yuxarı

Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin İrana səfəri başlayıb

Şahin Mustafayevi biznesmenlər də daxil olmaqla geniş nümayəndə heyəti müşayiət edir

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin İrana səfəri başlayıb.

"Report"un məlumatına görə, səfərdə naziri biznesmenlər də daxil olmaqla geniş nümayəndə heyəti müşayiət edir.

İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin dəvəti ilə baş tutan səfər zamanı ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə olunacaq.

Keçiriləcək görüşlərdə iki ölkənin dəmir yolları xətlərinin birləşdirilməsi, bank əməliyyatlarının sadələşdirilməsi, neft, rabitə və enerji sahələrində əlaqələrin inkişaf etdirilməsi kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulub. 

Bundan başqa, Ş.Mustafayevlə M.Vaezi bu ilin ikinci yarısında Tehranda keçirilməsi nəzərdə tutulan müştərək iqtisadi komissiyanın iclasına hazırlıq işlərini  də müzakirə edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi