Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İranın ölkədəki səfiri Möhsün Pakayini qəbul edib.
“Report”
Səfir M.Pakayin İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılmasından sonra iki ölkə arasında qarşılıqlı investisiya qoyuluşu sahəsində əməkdaşlıq məsələlərinin müzakirə edilməsini qeyd edib, alternativ enerji, dağ-mədən sənayesi, neft maşınqayırması, bankçılıq sahələrində də əməkdaşlıq imkanlarını vurğulayıb. Səfir Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının növbəti, X iclasının Tehranda keçirilməsini təklif edib.
Görüşdə iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri, bu ilin avqust ayında Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində müzakirə edilən məsələlərin icrası, oktyabrda İran nümayəndə heyətinin Azərbaycana və bu ilin sonunda Azərbaycan nümayəndə heyətinin İrana nəzərdə tutulan səfərlərinə, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.