Azərbaycanın aparıcı quş əti istehsalçısı bu ilin I yarısını mənfəətlə başa vurub

Azərbaycanın aparıcı quş əti istehsalçısı bu ilin I yarısını mənfəətlə başa vurub Bakı. 8 sentyabr. REPORT.AZ/ “Səba” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 41,955 mln. manat təşkil edib.
Biznes
8 Sentyabr , 2018 17:35
Azərbaycanın aparıcı quş əti istehsalçısı bu ilin I yarısını mənfəətlə başa vurub

Bakı. 8 sentyabr. REPORT.AZ/ “Səba” ASC-nin cəmi aktivləri bu il iyulun 1-nə 41,955 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 11,15% azdır.

Son 6 ayda “Səba”nın cəmi öhdəlikləri 23,1% azalaraq 19,137 mln. manata düşüb, cəmi kapitalı isə 2,2% artaraq 22,818 mln. manata çatıb.

Bu ilin 1-ci yarısında şirkətin hazır məhsul satışından gəlirləri 34,393 mln. manat, satışının maya dəyəri 28,411 mln. manat, satış və paylaşdırma xərcləri 3,019 mln. manat, inzibati və əməliyyat xərcləri 2,28 mln. manat, köhnəlmə xərclərindən geri əlavə olunmaları isə 1,569 mln. manat təşkil edib. Son nəticədə biznes qurumunun vergiyəqədərki mənfəəti 2,251 mln. manat olub.

Xatırladaq ki, “Səba” ASC 1997-ci ildə yaradılıb, Azərbaycanın aparıcı quş əti istehsalçısıdır. Onun nizamnamə kapitalı 4,791 mln. manatdır. Şirkətin səhmlərinin 37,31%-i Hidayət Mahiyyəddin oğlu Quliyevə, 37,31%-i “Baku Investment Company” MMC-yə, 25%-i “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, qalan 0,38%-i isə 11 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi