Yuxarı

​Azərbaycanı İTSKP-də ASK təmsil edəcək

Bununla bağlı İTSKP-nin Maliyyə Komitəsinin 55-ci görüşündə qərar qəbul olunub

Bakı. 24 noyabr. REPORT.AZ/ İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasında (İTSKP) bundan sonra Azərbaycan biznes icmasını Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) təmsil edəcək.

"Report" ASK-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Qahirədə (Misir) keçirilən İTSKP Direktorlar Şurasının 22-ci görüşündə Konfederasiyanın Palatada üzvlük məsələsi nəzərdən keçirilib və İTSKP-nin Maliyyə Komitəsinə tövsiyə edilib.

Bildirilir ki, İTSKP-nin Maliyyə Komitəsinin 55-ci görüşündə qərar qəbul edilib və bu gündən etibarən bu missiyanı ASK həyata keçirəcək. Palata ilə mövcud əməkdaşlıq müzakirə edilərək əlaqələrin genişləndirilməsi istiqamətində müvafiq işlər aparılacaq. Palatanın təşkil etdiyi tədbirlərdə Konfederasiya fəal iştirak edəcək.

Qeyd edilir ki, İslam Ticarət Palatası İslam Əməkdaşlıq Təşkilatının (İƏT) özəl sektorla məşğul olan, İƏT-in üzv dövlətlərində biznesin inkişafına dəstək göstərən bu sahədə zəngin təcrübəyə malik bir qurumdur. Bu günədək İTSKP-də Azərbaycanın biznes icmasını Ticarət və Sənaye Palatası təmsil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi