Azərbaycandan vergi borcuna görə çıxması qadağan edilənlərin 4-ü üçün qadağa ləğv edilib

Azərbaycandan vergi borcuna görə çıxması qadağan edilənlərin 4-ü üçün qadağa ləğv edilib Hazırda 382 fiziki şəxsin ölkədən çıxışına qadağa var
Biznes
19 Oktyabr , 2016 15:50
Azərbaycandan vergi borcuna görə çıxması qadağan edilənlərin 4-ü üçün qadağa ləğv edilib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.

"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin, icra orqanlarının rəhbərlərinin sayı 3 nəfər azalaraq 609-a düşüb.

Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 1 nəfər azalıb və hazırda 382 fiziki şəxsin ölkədən çıxışına qadağa var.

Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 995-dən 991-ə enib.

Son xəbərlər

Orphus sistemi