Azərbaycandan tütün ixracı 5% artıb

Azərbaycandan tütün ixracı 5% artıb Bununla belə, tütün və onun sənaye əvəzedicilərinin ümumi ixracda payı cüzidir
Biznes
29 İyul , 2017 15:52
Azərbaycandan tütün ixracı 5% artıb

Bakı. 29 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Azərbaycana 72,454 mln. ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib. 

Dövlət Gömrük Komitəsindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 min dollar və yaxud 0,2% çoxdur.

Hesabat dövründə tütün və tütün məmulatları ümumi idxalın 2,1%-ni təşkil edib.

6 ay ərzində Azərbaycandan ixrac olunmuş tütün və onun sənaye əvəzedicilərinin dəyəri isə 6,079 mln. dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 286 min dollar və yaxud 4,9% çoxdur. Bu məhsulların ixracı ölkənin ümumi ixracının 0,1%-nə bərabər olub.

Son xəbərlər

Orphus sistemi