Yuxarı

Azərbaycandan spirtli içkilərin ixracı azalıb

Bu ilin 9 ayında spirtli və spirtsiz içkilər ümumi ixracın 0,22%-ni təşkil edib

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan spirtli içkilərin ixracında mənfi illik dinamika müşahidə edilib.

Dövlət Gömrük Komitəsindən "Report"a verilən xəbərə görə, 2015-ci ilin ilk 9 ayında 19 160,87 min ABŞ dolları məbləğində spirtli və spirtsiz içki ixrac edilib ki, bu da 2014-cü ilin eyni dövrünə nisbətən 5 675,54 min ABŞ dolları yaxud 22,85% azdır.

Bu ilin 9 ayında spirtli və spirtsiz içkilər ümumi ixracın 0,22%-ni təşkil edib.

Komitədən bildirilib ki, hesabat dövründə Azərbaycana ümumilikdə 40 564,15 min dollar məbləğində spirtli və spirtsiz içkilər, həmçinin sirkə idxal edilib. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə 15 395,07 min ABŞ dolları və ya 27,51% azdır. Nəticədə bu məhsulların ölkənin ümumi idxalında payı 0,62% təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi