Yuxarı

​Azərbaycandan Rusiyaya aparılan meyvə-tərəvəz müsadirə edilib

Məhsullar insan orqanizmi üçün təhlükəli hesab olunub

Bakı. 8 mart. REPORT.AZ/ Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti Moskvaya zərərli məhsul ixracının qarşısını alıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, idarə fevral ayı ərzində Domodedovo, Şeremetyevo və Vnukovo beynəlxalq hava limanlarının sərnişin terminallarında 2,5 ton meyvə və tərəvəz müsadirə edib.

Təhlükəli məhsullar üç MDB ölkəsi - Azərbaycan, Tacikistan və Özbəkistandan Moskvaya gələn sərnişinlərin əl baqajında aşkar olunub.

Məhsulların yarısı üzərində aparılan yoxlama göstərib ki, Moskvaya gətirilən yaşıl bitkilər, qoz-fındıq və quru meyvələr insan orqanizmi üçün ziyanlıdır və karantin altına düşür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi