Azərbaycana humanitar yardım 22% artıb

Azərbaycana humanitar yardım 22% artıb Bu məhsullların ölkədən ixracında isə əksinə, azalma qeydə alınıb
Biznes
25 Avqust , 2016 17:21
Azərbaycana humanitar yardım 22% artıb

Bakı. 25 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana 20 127,02 min ABŞ dolları dəyərində humanitar yük, təmannasız kömək və texniki yardım idxal olunub.  

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici üzrə 21,54% artım qeydə alınıb.

Hesabat dövründə bu məhsulların ixracında isə azalma müşahidə olunub. İxrac ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə azalaraq 61,53 min dollar təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 26,89% azalaraq 9 347,051 mln. dollara enib. İdxal 10,46% azalaraq 4 757,259 mln. dollar, ixrac 38,57% azalaraq 4589,792 mln. dollar olub.

Son xəbərlər

Orphus sistemi