​Azərbaycandan Gürcüstana kömək məqsədilə 30-dan artıq kombayn göndərilir

​Azərbaycandan Gürcüstana kömək məqsədilə 30-dan artıq kombayn göndərilir Kömək qarşı tərəfdən dövlət səviyyəsində müraciətdən sonra həyata keçirilib
Biznes
17 İyul , 2016 12:07
​Azərbaycandan Gürcüstana kömək məqsədilə 30-dan artıq kombayn göndərilir

Bakı. 17 iyul. REPORT. AZ/ Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinin "Mexanizator" Məhdud Məsuliyyəli Cəmiyyəti ilə "Aqrolizinq" ASC arasında bağlanan müqaviləyə əsasən 30-dan artıq kombayn Gürcüstana kömək məqsədilə göndərilir.

"Report" xəbər verir ki, kömək qarşı tərəfdən dövlət səviyyəsində müraciətdən sonra həyata keçirilib. Yığım əsasən Gürcüstanın dağlıq hissəsində aparılacaq.

"Aqrolizinq" ASC-nin şöbə müdiri İsrafil İsmayılovun sözlərinə görə, biçin 20 gün müddətində başa çatacaq.

Son xəbərlər

Orphus sistemi