Yuxarı
    Bağlamaq

    Azərbaycandan Aİ ölkələrinə ixracın 96%-i fındığın payına düşür

    Seyfəddin Talıbov: Ticarət dövriyyəsinin həcmini artırmaq üçün potensial böyükdür

    Bakı.8 iyun. REPORT.AZ/ Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında 2016-cı ildə aqrar sahədə 240,7 mln. dollarlıq ticarət dövriyyəsi olub. 

    "Report"un verdiyi xəbərə görə, bu barədə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov məlumat verib.

    "Azərbaycana ötən il Aİ ölkələrindən 166,7 mln. dollarlıq məhsul idxal olunub. Azərbaycandan isə 74,7 mln. dollarlıq ixrac həyata keçirilib. Cins heyvan, içkilər, uşaq yeməkləri, tərəvəz konservləri idxalın əsasını təşkil edib. İxracın isə 96%-i fındığın, 1,7%-i nar şirəsinin payına düşüb". 

    Nazir müavini vurğulayıb ki,  Aİ ölkələri ilə ilə ticarət dövriyyəsinin həcmini artırmaq üçün potensial böyükdür.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi