​Azərbaycanda yeni hotel yaradılır

​Azərbaycanda yeni hotel yaradılır Nizamnamə kapitalı 1000 manat olan hotelin qanuni təmsilçisi Rəhmətov Vüqar Gülağa oğludur
Biznes
14 Oktyabr , 2015 10:14
​Azərbaycanda yeni hotel yaradılır

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda "Yeni Dinamo Hoteli" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adlı kommersiya qurumu yaradılıb. "Report"un məlumatına görə, hotel bu ilin sentyabrın 28-də Vergilər Nazirliyində Səbail rayonu Zərifə Əliyeva küçəsi ev 32 ünvanında qeydiyyata alınıb.

Nizamnamə kapitalı 1000 manat olan hotelin qanuni təmsilçisi Rəhmətov Vüqar Gülağa oğludur.

Qeyd edək ki, MMC-nin qanuni təmsilçisi olan V.Rəhmətov bundan öncə nizamnamə kapitalı 1000 manat olan “Azərbaycan Supermarket” MMC-ni Vergilər Nazirliyində qeydiyyata aldırıb.

Son xəbərlər

Orphus sistemi