Yuxarı

​“Azərbaycanda yaşıl iqtisadiyyatın qiymətləndirilməsi” mövzusunda seminar keçirilib

Tədbirdə nazirliyin və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər

Bakı. 19 may. REPORT.AZ/ Bu gün Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Avropa İttifaqının “Şərq Tərəfdaşlığı ölkələrində Yaşıl İqtisadiyyat” (EaP GREEN) Proqramı çərçivəsində “Azərbaycanda yaşıl iqtisadiyyatın qiymətləndirilməsi” mövzusunda seminar keçirilib. 

“Report” İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə nazirliyin və aidiyyəti qurumların nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri və xarici ekspertlər iştirak ediblər.

Seminarda Azərbaycanda milli “yaşıl iqtisadiyyat” göstəricilərinin müəyyənləşdirilməsi üçün metodologiyanın qəbulu və müvafiq göstəricilərdən istifadə etməklə bu haqda hesabatın hazırlanması imkanları, həmçinin Yaşıl İqtisadiyyat göstəriciləri üzrə İşçi Qrupun yaradılması məsələsi müzakirə olunub.

Tədbir çərçivəsində “Azərbaycanda yaşıl iqtisadiyyatın qiymətləndirilməsi” mövzusunda təqdimatlar keçirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi