Yuxarı

Azərbaycanda xarici sərmayələr 32% artıb

Aylıq müqayisədə isə bu göstərici üzrə kəskin azalma qeydə alınıb

Bakı. 17 iyun. REPORT.AZ/ Cari ilin yanvar-may aylarında Azərbaycanda xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 3 455,1 mln. manat vəsait yönəldilib. "Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə iqtisadiyyatına xarici investisiya qoyuluşu illik müqayisədə 31,6% artıb.

Hesabata əsasən, cari ildə yatırılan xarici investisiyaların 544,1 mln. manatı may, 935,1 mln. manatı aprel, 734,8 mln. manatı mart, 611,7 mln. manatı fevral və 629,4 mln. manatı yanvar ayında həyata keçirilib. Nəticədə, ötən ay investisiya qoyuluşu əvvəlki ayla müqayisədə 41,8% azalıb.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 3 129,4 mln. manatı və ya 90,6%-i Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ və Yaponiya sərmayədarlarına məxsus olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi