Azərbaycanda vaxtı ötən məhsulların satıldığı marketlərin adları açıqlanıb - SİYAHI

Azərbaycanda vaxtı ötən məhsulların satıldığı marketlərin adları açıqlanıb - SİYAHI ​İstehlak bazarında yararsız məhsullar aşkar edilib
Biznes
7 Avqust , 2015 19:48
Azərbaycanda vaxtı ötən məhsulların satıldığı marketlərin adları açıqlanıb - SİYAHI

Bakı. 7 avqust. REPORT.AZ/ Vaxtı ötən məhsulların satıldığı marketlərin adı açıqlanıb. "Report" xəbər verir ki, bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, Xidmət tərəfindən aparılan növbəti monitorinqlər zamanı bir sıra mağazalarda saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb. Bunlar:

Bakının Suraxanı rayonunda

- Qaraçuxur qəsəbəsində Əmirarşad Bərxudarova məxsus marketdə;


Binəqədi rayonunda
- 8 mikrorayon, S.S.Axundov küçəsində Tahir Orucova məxsus super marketdə saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı;


Bakının Sabunçu rayonunda
- Bakıxanov qəsəbəsində Şakir İbrahimova məxsus mağazada;


Bərdə rayonunda
- Hüseynbəyli kəndində Çingiz Məmmədova məxsus yeməkxanada;
- Bərdə şəhəri, Nizami küçəsində Rəhim Hacıyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;


Bakının Qaradağ rayonunda
- Sahil qəsəbəsi, N.Mustafayev küçəsində Natəvan Nağıyevaya məxsus mağazada;


Sabunçu rayonunda
- Zabrat qəsəbəsində Azad Qəhrəmanova məxsus "Ailə" marketdə;


Gədəbəy şəhərində
- H.Əliyev prospektində Vüqar Ruşanova məxsus mağazada;


Tovuz rayonunda
- Aşağı Quşçu kəndində Namiq Əmiraslanova və Sədaqət Tağıyevaya məxsus mağazalarda;


Bərdə rayonunda
- Güloğlular kəndi, Təzə bazarda Nazim Abbasova məxsus mağazada;
- Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində İlyas Hüseynova məxsus mağazada;


Xaçmaz şəhərində
- 20 Yanvar küçəsində Elvin Poladova məxsus mağazada;


Lənkəran şəhərində
- Z.Əliyeva prospektində Emil Azadova məxsus mağazada;


Qəbələ rayonunda
- Xırxatala kəndində Cavad Gözəlova məxsus mağazada .
Qanun pozuntusuna yol verən şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Son xəbərlər

Orphus sistemi