Azərbaycanda QAZ markalı avtomobillərin istehsalına gələn il başlanılacaq

Azərbaycanda QAZ markalı avtomobillərin istehsalına gələn il başlanılacaq Hacıqabul Sənaye Məhəlləsində ildə, təxminən, 1 000 ədəd müxtəlif təyinatlı maşın yığılacaq
Biznes
24 Aprel , 2018 16:52
Azərbaycanda QAZ markalı avtomobillərin istehsalına gələn il başlanılacaq

Bakı. 24 aprel. REPORT.AZ/ Rusiyanın "Qorki Avtomobil Zavodu" ASC (QAZ) ilə Azərbaycanın "Azərmaş" ASC-nin Hacıqabul Sənaye Məhəlləsində yerləşəcək birgə avtomobil zavodunun gələn ilin sonuna qədər inşa edilməsi və istismara verilməsi planlaşdırılır. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya şirkətinin Marketinq və satış departamentinin direktoru Mixail Baxtarin məlumat verib. 

Onun sözlərinə görə, tərəflər arasında ötən gün imzalanmış əməkdaşlıq memarandumuna əsasən, zavodda ildə, təxminən, 1 000 ədəd QAZ markalı, müxtəlif təyinatlı avtomobil yığılacaq. Ruslar azərbaycanlı tərəfdaşlarını lazımi qədər maşın hissəsi ilə təmin edəcək və Hacıqabulda yığım həyata keçiriləcək. Söhbət yüngül kommersiya maşınları - "QAZel Next", "QAZel Biznes", eləcə də orta tonnajlı yük maşını - "QAZon next"dən gedir. Bundan başqa, təcili tibbi yardım və məktəb maşınları üçün avadanlıqların istehsalı da nəzərdə tutulur. İstehsal prosesində Azərbaycanda hazırlanmış komponentlərdən istifadə edilməsi də planlaşdırılır. 

"Azərbaycan çox gözəl bazardır. Ölkənin infrastrukturu müntəzəm olaraq inkişaf edir, yük və sərnişin daşımalarında böyük potensial görürük", - deyə o qeyd edib. 

Rusiyalı mütəxəssislərin fikrincə, Azərbaycanın logistika imkanları da genişdir. Bu isə QAZ maşınlarının Mərkəzi Asiya ölkələrinin bazarına çıxmasına şərait yarada bilər. 

Son xəbərlər

Orphus sistemi