Yuxarı

Azərbaycanda ötən il ​standartlaşdırma ilə bağlı 820 müəssisədə yoxlama aparılıb

Ötən il 40 müəssisəyə çatışmazlıqlarla bağlı təsdiqedici sənədin verilməsindən imtina edilib

Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2014-cü ildə 820 müəssisəyə - yanacaq doldurma məntəqəsi, maye-qaz doldurma məntəqəsi, alkoqollu içki istehsalı, əlvan metalların tədarükü, emalı, tibbi fəaliyyət və əczaçılıq fəaliyyətinə lisenziya alınması üçün rəy verilməsi ilə əlaqədar araşdırma aparılıb və müvafiq rəy hazırlayıb. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, yoxlamalar nəticəsində 40 müəssisədə olan ölçmə vasitələrinin yoxlamadan keçməməsi, şəraitin və avadanlığın olmaması və s. çatışmazlıqlarla bağlı təsdiqedici sənədin verilməsindən imtina edilib.

Hesabat dövründə 289 ədəd yeni ölçmə vasitəsinin tipi təsdiq edilərək Azərbaycanın tipi təsdiq edilmiş standart nümunələrinin və ölçmə vasitələrinin dövlət reyestrinə daxil edilib.

Komitə yanında Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 206 ədəd işçi etalonunun kalibrlənməsi həyata keçirilib. Nəticədə, 203 ədəd kalibrlənmə sertifikatı və 3 ədəd yararsızlıq haqqında bildiriş verilib. Həmçinin Xidmətin dozimetrik etalonları laboratoriyasında 484 ədəd ölçmə vasitəsi yoxlanılıb və 109 ədəd yararsızlıq haqqında bildiriş verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi