​Azərbaycanda ötən il dövlət büdcəsinə vergi borcunun həcmi 10% azalıb

​Azərbaycanda ötən il dövlət büdcəsinə vergi borcunun həcmi 10% azalıb Borclu vergi ödəyicilərinin əmlakının siyahıya alınması nəticəsində 69 mln. manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib
Biznes
22 Yanvar , 2015 13:05
​Azərbaycanda ötən il dövlət büdcəsinə vergi borcunun həcmi 10% azalıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə olan borc məbləği 2014-cü il ərzində 9,6% azalıb.

Vergilər Nazirliyindən "Report"a verilən məlumata görə, hesabat ilində ümumilikdə 257 752 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib, 2015-ci il yanvarın 1-nəborclu vergi ödəyicilərinin sayının ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 4,1% təşkil edib.

Vergi ödəyicilərinin dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin edilməsi məqsədilə vergi orqanları tərəfindən əmlakın siyahıya alınması barədə 84 465 qərar açılıb, bu qərarların 80,4%-i borclar ləğv edildiyi üçün bağlanılıb, siyahıya alınan əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilən iddia ərizələri üzrə 1,612 mln. manat borc məbləğini əhatə edən 955 məhkəmə qətnaməsi qəbul olunub. Ümumilikdə əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 68,9 mln. manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 13311 vergi ödəyicisinin 13,2 mln. manatdan çox borcu dövlət büdcəsinə ödətdirilib, 543 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi barədə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində 1640 fiziki şəxs üzrə 1,229 mln. manat məbləğində borc dövlət büdcəsinə ödətdirilib.

Vergi orqanları tərəfindən 813 borclu fiziki şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması, habelə kiçik həcmdə borcları olan 3470 vergi ödəyicisinin borclarının tələbin icraya yönəldilməsi qaydasında tutulması məqsədilə aidiyyəti üzrə icra məmurlarına müraciətlər edilib.

Qeyd edək ki, külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 892 vergi ödəyicisi üzrə 33,2 mln. manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinə göndərilib.

Son xəbərlər

Orphus sistemi