Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb

Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci il ərzində minik avtomobillərinin qiymətləri əvvəlki illə müqayisədə 7,1% artıb.
Biznes
18 Yanvar , 2018 11:11
Azərbaycanda minik avtomobilləri 7% bahalaşıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Azərbaycanda 2017-ci il ərzində minik avtomobillərinin qiymətləri əvvəlki illə müqayisədə 7,1% artıb.

“Report”un rəsmi statistikaya əsasən verdiyi xəbərə görə, minik avtomobillərinin ehtiyat hissələri ötən il ərzində 11,9%, velosiped isə 13,3% bahalaşıb.

Hesabat ilinin dekabr ayında əvvəlki ayla müqayisədə minik avtomobillərinin qiymətləri dəyişməz qalıb, ehtiyat hissələri və velosipedlərin qiymətlərində 0,1% artım qeydə alınıb.

Qeyd edək ki, 2017-ci ildə illik inflyasiya 12,9%, 2017-ci ilin dekabrında aylıq inflyasiya isə 0,5% olub. 

Son xəbərlər

Orphus sistemi