​Azərbaycanda istehlakçılara məhsul satışı 11% artıb

​Azərbaycanda istehlakçılara məhsul satışı 11% artıb Ərzaq məhsulları, içki və tütün məmulatları üzrə satışın həcmi 10% genişlənib
Biznes
15 Dekabr , 2015 14:12
​Azərbaycanda istehlakçılara məhsul satışı 11% artıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlakçılara 22,4 mlrd. manatlıq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,1% çox məhsul satılıb. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın həcmi 9,6% artaraq 11 185,2 mln. manata, qeyri-ərzaq məhsulları üzrə isə 13,5% artaraq 11 249,4 mln. manata çatıb.

Cari ilin 11 ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 2 dəfə artaraq 11,5 mln. manat təşkil edib. Elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,6%-i hüquqi şəxslər, 8,4%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,2%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

Eyni zamanda, hesabat dövründə iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,8% artaraq 950,7 mln. manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 416,2 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 534,5 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi